5:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman təsisatında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilmiş əlavə və dəyişikliklərin öyrənilməsi ilə bağlı seminar keçirilib.
 
Sentyabr ayının 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) iclas zalında ötən dövr ərzində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilmiş əlavə və dəyişikliklərin öyrənilməsi ilə bağlı seminar keçirilmişdir.
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ombudsmanın əməkdaşı Sadiq Babayev açaraq muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquq islahatları barədə məlumat vermişdir. 
Qeyd olunmuşdur ki, 20 fevral 2006-cı il tarixdə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanun qəbul edilmiş, 21 fevral 2006-cı ildə Ali Məclisinin Sədri tərəfindən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanununun tətbiq edilməsi haqqında fərman imzalanmış, Müvəkkil təsisatının fəaliyyəti təmin edilmişdir. 
Ötən dövr ərzində təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin səlahiyyətlərinin artırılması və daha da dəqiqləşdirilməsi məqsədilə 29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna bir sıra mühüm dəyişikliklər edilmiş, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrini, həmçinin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir.
Məruzəçi vurğulamışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna 22 iyul 2016-cı il tarixdə dəyişiklik edilmiş və bu dəyişikliklə Müvəkkilin preventiv mexanizm funksiyaları qanunsuz miqrantların saxlanılması mərkəzinə də şamil edilmişdir ki, bu da təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etmişdir.
S.Babayev çıxışında qeyd etmişdir ki, 23 may 2020-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında insan hüquqlarının pozulmasına dair Müvəkkilə ünvanlanan şikayətlərlə bağlı müvafiq araşdırma aparılması, əlavə yoxlama aparılması zərurəti yarandıqda müraciətlərə baxılma müddətinin uzadılması, həmçinin şikayətlərin araşdırılması zamanı həyata keçirilmiş tədbirlər və qəbul edilmiş qərarlarla bağlı "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunda bir sıra dəyişikliklər edilmiş və nəticədə Müvəkkilin səlahiyyətləri daha da dəqiqləşdirilmişdir.
Daha sonra seminarda 23 may 2020-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilmiş dəyişikliklər ətraflı öyrənilmiş və fikir mübadiləsi aparılmışdır.
Seminarın sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
  22.09.2020













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).