12:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda Aşura mərasimi keçirilib.
 
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir".
Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak etmişdir.
 
 

Mərasimdə Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmiş, ehsan verilmişdir.
Dindar Ağalar Bayramov demişdir: Muxtar respublikamız inkişaf edir, abadlaşır, quruculuq işləri aparılır. Bununla yanaşı, mənəvi dəyərlərimiz də qorunur, yeni məscidlər tikilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır. Ağalar Bayramov dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Məhərrəm ayının 10-cu günü - Aşura İslam tarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. İmam Hüseyn islahatçı olmuş, insanları doğruya dəvət etmiş, bu yolda öz həyatını və yaxınlarını qurban vermişdir. Bu mənada Aşura mərasimləri yalnız yas tutmaq deyil, həm də İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir.
Muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olmuş, məscidlərdə qanvermə aksiyaları keçirilmiş, ehtiyacı olanlara həyat verilmişdir.
 
    11.09.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).