19:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Şərurun səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual : Müəlliflik hüququ nədir və hansı sahələri əhatə edir?
Cavab: Müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır.
Müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, qəzetlər və jurnallar, kompüter proqramları, filmlər, musiqi əsərləri, təsviri sənət əsərləri, fotoqrafiya əsərləri, memarlıq əsərləri, reklam rəsmləri, coğrafi xəritələr və s. ola bilər.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər.
Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
 
14.08.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).