18:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Oğuz yurdu" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual: Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır?
Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda(himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər:
•qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;
•onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;
•onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;
•yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq;
•qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq;
•ailə qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş ünsiyyətdə olmaq və öz fikirini bildirmək hüquqlarından istifadə etmək.
 
  24.06.2019













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).