1:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

"Arazın səsi" qəzetində növbəti hüquqi maarifləndirici yazı dərc olunub.
 
Sual. Kimlər inzibati məsuliyyət daşıyır?
Cavab. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər törətdikləri inzibati xətaya görə inzibati məsuliyyət daşıyırlar.
On altı yaşı tamam olmuş fiziki şəxslər inzibati xəta törədərkən inzibati məsuliyyətə cəlb olunurlar.
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
 
  11.02.2019















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).