9:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
 
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2016-cı ildə də davam etdirildiyini qeyd etmişdir.
Sonra Müvəkkil təsisatın 2016-cı ilə dair fəaliyyətinin yekunları ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2016-cı ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi aid dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirmişdir. 
2016-cı ilin ötən dövrü ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
2016-cı ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulduğunu, sistem üçün müvafiq otaq ayrıldığını, lazımi avadanlıqlar alındığını və nəzarət etməsi üçün məsul şəxs təyin edildiyini diqqətə çatdıran Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vurğulamışdır ki, yeni sistem vətəndaş cəmiyyətinin, vətəndaşla dövlət orqanları arasında münasibətlərin inkişafında, dövlət orqanlarının vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatların vaxtında qeydiyyata alınması və vətəndaşların müraciət etmək hüququnun daha da səmərəli təmin edilməsində mühüm rol oynamışdır.
Məruzəçi vurğulamışdır ki, 2016-cı ildə də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, 2016-cı ildə hərbi qulluqçuların, məhkumların və əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində olmuş, Əlahiddə Ümumqoşun Ordusu, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, Ədliyyə Nazirliyi və Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu digər orqanlar ilə birgə hazırlanmış tədbirlər planına əsasən hüquqi maarifləndirici tədbirlər həyata keçirilmiş, o cümlədən aid müəssisələrə hüquqi vəsaitlər təqdim edilmişdir. 
"Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada tətbiqi vəziyyətinin öyrənilməsi, habelə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi məqsədilə aid qurumların iştirakı ilə müvafiq konfranslar keçirilmiş, Proqramın icrası təmin edilmişdir" - deyə çıxış edən Müvəkkil Ü.Bayramova bildirmişdir ki, 2016-cı il ərzində Müvəkkil təsisatı tərəfindən ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 77 tədbir keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna edilən 22 iyul 2016-cı il tarixli dəyişikliklərə əsasən preventiv mexanizm funksiyalarının qanunsuz miqrantların saxlanılması mərkəzinə də şamil edilməsinin təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etdiyini diqqətə çatdıran Ombudsman bildirmişdir ki, 2016-cı ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə ümumilikdə 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 102 başçəkmə həyata keçirmişdir. 
Məruzəçi qeyd etmişdir ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır. 
Ötən il ərzində beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirildiyini qeyd edən natiq bildirmişdir ki, Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, Müvəkkil 2017-ci ildə də öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində təşkil edərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Sonra məruzə ətrafında çıxış olmuşdur.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirmişdir ki, Müvəkkil təsisatı 2017-ci ildə də fəaliyyətini qanunvericiliyin tələbləri əsasında quraraq insan hüquqlarının müdafiəsi, əhalinin hüquqi maarifləndirməsi işinin daha da təkmilləşdirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
 
Mətbuat xidməti
14/01/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).