10:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ali Məclisin Sədri sərəncam imzalayıb.
 
 
 
Aprelin 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ülkər Bayramovaya "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi fəaliyyətinə görə Ülkər İmamqulu qızı Bayramovaya "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin".
Qeyd edək ki, Ülkər Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilidir. 
 
05/04/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).