13:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir.
 
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak edib.
Tədbirlərdə Abil Orucəliyevin "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın beynəlxalq və milli qanunvericilikdə təsbiti" və "Hərbi qulluqçular arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsindən irəli gələn qarşılıqlı münasibətlərin düzgün qurulması, onlar arasında hərbi nəzakət və hərbi etiket qaydalarının düzgün yerinə yetirilməsi" mövzularında geniş məruzəsi dinlənilib.
A.Orucəliyev tədbirdə qeyd edib ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır.
A.Orucəliyev əlavə edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz və heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
Daha sonra Ombudsman aparatının əməkdaşı hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin hərbi nizamnamələrdə təsbiti barədə danışıb. O qeyd edib ki, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli, ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli, döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı və dövlət sirrini ciddi surətdə saxlamalıdır.
Tədbirin sonunda mövzularla bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı olaraq cavablandırılıb.
 
Mətbuat xidməti
15/11/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).