14:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnformasiya təhlükəsizliyinin təmin olunması günün əsas tələbidir.


Aprelin 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılğı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsmanın əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov və N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Seymur Əlizadə giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.
Sonra Aparatın əməkdaşı Həsən Həsənovun "Hərbi xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması: beynəlxalq hüququn norma və prinsipləri" mövzusunda çıxışı dinlənilib, Müvəkkilin bu sahədə fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

19.04.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).