0:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Əlil və uşaq hüquqları beynəlxalq konvensiyalarda" mövzusunda vebinar keçirilib.


Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə vebinar keçirilib.


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Diplomatiya Mərkəzində keçirilən vebinarda Müvəkkil aparatının, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, eləcə də universitetin müəllim heyəti və media nümayəndələri iştirak edib.


Ombudsman aparatının şöbə müdiri Vahidə Bayramova və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova giriş sözü ilə çıxış edərək təşkil olunan vebinarın əhəmiyyətindən danışıblar.


Sonra Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi eksperti Heydər Əliyev mövzu ilə bağlı çıxış edərək əlil və uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyaların tələbləri, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, əməl edilməsi, təmini vəziyyətinin öyrənilməsi, monitorinqi və təhlili, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması ilə bağlı vebinar iştirakçılarına ətraflı məlumat verib.


Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.





08.04.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).