3:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Yaşıl dünya naminə həmrəylik ili" və 7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib.


Aprelin 5-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında tədbir keçirilib.
Tədbirdə Müvəkkil aparatının, Səhiyyə Nazirliyinin və Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının əməkdaşları iştirak edib.
Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov giriş sözü ilə çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıb.


Sonra Müvəkkil aparatının əməkdaşı Təhminə Ələkbərovanın "Sağlam ətraf mühitdə yaşamaq hüququ" mövzusunda çıxışı dinlənilib, əhalinin sağlamlığının qorunması hüququnun beynəlxalq və regional sənədlərdə, habelə milli qanunvericiliyimizdə təsbit olunması, habelə bu sahədə dövlətin vəzifələrindən biri kimi ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verilib.


Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

05.04.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).