0:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib.


Martın 18-də Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
İclasa sədrlik edən Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli bildirib ki, iclasın gündəliyi Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi barədədir.


Gündəlik təsdiq olunduqdan sonra İsmayıl Qəribli qeyd edib ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsi və Ali Məclisin Daxili Nizamnaməsinin 24-cü maddəsinə əsasən cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında muxtar respublikanın Ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında çıxış edir. Müvəkkilin illik məruzəsində muxtar respublikada insan hüquqlarının təmin edilməsi ilə əlaqədar görülmüş tədbirlər öz əksini tapır. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib.
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova layihə barədə məlumat verib.
Deputatlardan İsmayıl Qəribli, Aidə İbrahimova, Qadir İbrahimov, Aidə Cəlilzadə, Nüsrət Həsənov, Hacıfəxrəddin Səfərli, Hüseyn Bağırsoylu və Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini Tofiq Rəcəbli gündəlikdə duran məsələ ilə əlaqədar çıxış edərək təklif və suallarını səsləndiriblər.
Vahidə Bayramova səsləndirilən suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar qəbul olunmuş qərarla Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə edilib.
Bununla da iclas öz işini başa çatdırıb.

18.03.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).