22:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva məhkum qadınları təbrik edib.


Martın 7-də Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.
Görüş zamanı Müvəkkil bildirib ki, dövlətimiz tərəfindən məhkum qadınların problemlərinin həllinə, onların asudə vaxtının səmərəli təşkilinə, sosial adaptasiyasına və yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş mütəmadi tədbirlər həyata keçirilir.
Sonra Müvəkkil cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islah edilməsi və hüquqi maarifləndirilməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib.
Ombudsman xüsusi diqqət və qayğı ilə yanaşılan qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

07.03.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).