11:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir.


Yanvarın 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə hərbi qulluqçularla hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Elməddin Tahirov, Samir Tarverdiyev, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Zülfüqar Zülfüqarov və hərbi hissənin çavuş və əsgər heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Zülfüqar Zülfüqarov açıb. Sonra Ombudsman Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asiman Abbasov "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzusunda çıxış edərək bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən humanizm və mərhəmət hisslərindən uzaq olan ləyaqəti alçaldan rəftar və cəzadan qorunması beynəlxalq qanunvericiliyin əsas istiqamətlərindən hesab olunur.
Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, sualları cavablandırıblar.
24.01.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).