16:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin Preventiv qrupunun üzvləri növbəti başçəkmələr həyata keçirib.



Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa əsasən Preventiv qrup tərəfindən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.



Ombudsmanın Preventiv qrupu tərəfindən Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtına baxış həyata keçirilib. Preventiv qrup tərəfindən hərbi qulluqçuların saxlanma şəraiti, qida təminatı, tibbi xidmətin və məişət şəraitinin təmin olunması vəziyyəti öyrənilib, onlarla rəftar və hüquqlarının müdafiəsi vəziyyəti monitorinq olunub.
Başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı müəssisədə saxlanılan şəxslər qəbul edilərək konfidensial qaydada dinlənilib və saxlanma şəraitindən şikayət edilməyib.



Həmçinin Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Beynəlxalq və milli qanunvericiliyə uyğun təşkil olunmuş başçəkmə zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib.
23.01.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).