12:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb.



Yanvarın 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Səhiyyə Nazirliyinin əməkdaşları Psixi Xəstəliklər Dispanserində pasiyentlərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşlarla maarifləndirici söhbət aparılıb.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Aysel Nəcəfli "İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası və onun nəzarət mexanizmi" mövzusunda çıxış edərək vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən insan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququnun qorunmasının milli və beynəlxalq qanunvericiliyin əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Qeyd olunub ki, ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılıb. Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyası işgəncələrin qarşısının alınmasının ən əlverişli üsulu kimi, bütün azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə rəftar qaydalarının və onların saxlanılması şəraitinin öyrənilməsi istiqamətində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquq və vəzifələri müəyyən edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
23.01.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).