13:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sərhədçilərin hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir. 



Sərhədçilərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə yanvarın 18-də Müvəkkilin Preventiv qrupu tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının tabeliyində olan N saylı sərhəd zastavalarında başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Preventiv qrup tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.



Başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı zastavaların əsgər və çavuş heyəti ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.



Həmçinin həmin gün Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tural Xələfov, müvafiq zastavaların əsgər və çavuş heyəti iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əməkdaşı Rəmzi Həsənovun "Ulu öndər Heydər Əliyev: Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasının müəllifi", "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları", "Hərbi qulluqçuların müraciət etmək hüququ", "Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma" mövzularında çıxışı dinlənilib.
19.01.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).