23:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

 Planlı başçəkmə həyata keçirilib.



 Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmə həyata keçirilib.
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və milli qanunvericilik əsasında təşkil olunmuş başçəkmənin məqsədi Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı müəssisədə saxlanılan şəxs qəbul edilərək konfidensial qaydada dinlənilib və o saxlanma şəraitindən şikayət etməyib.
Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.
 
11.01.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).