18:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnformasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib.



Yanvarın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Şahbuz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Tural Quliyev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asiman Abbasov giriş nitqi ilə çıxış edərək tədbirin mahiyyəti, ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.



Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - məhkəmədənkənar müdafiə mexanizmi kimi" mövzusunda, aparatın əməkdaşı Rəmzi Həsənov isə "İnformasiya əldə etmək hüququnun təmin edilməsi" mövzusunda çıxış edərək Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
10.01.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).