20:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.



Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Samir Tarverdiyev, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının zabiti Elşən Quliyev və müvafiq hərbi hissənin çavuş və əsgər heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasovun "Qulluğa səhlənkar yanaşma" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş hərbi intizama ciddi riayət etməsində əsas məqsəd hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. Hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslandığından, hər hansı hərbi vəzifənin ciddi pozuntusu hərbi xidmət əleyhinə olan cinayət hesab edilə bilər.
Bildirilib ki, qulluğa səhlənkar yanaşma zamanı rəis və ya vəzifəli şəxsin öz xidməti vəzifəsinə laqeyd münasibət bəsləməsi və səlahiyyət dairəsinə daxil olan hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməməsi, yaxud qeyri-qənaətbəxş şəkildə yerinə yetirilməsi şəklində, həmçinin hərbi idarəçilik orqanlarının normal fəaliyyətinə, hərbi xidmətin mənafeyinə, yaxud hərbi qulluqçuların və ya digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə əhəmiyyətli zərər vurması və ağır nəticələrin meydana çıxması olaraq ifadə olunur.
21.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).